Qusarda itkin düşən tibb bacısının meyiti tapılıb

Qusar şəhəri yaxınlığında, meşəlik ərazidə qadın meyiti aşkarlanıb.

AzPost bildirir ki, APA-nın məlumatına görə, meyiti tapılan şəxsin iki gün öncə itkin düşən Qusar şəhər sakini Nigar Şabanova olduğu müəyyənləşib.

Nigar Şabanova Qusar rayon Mərkəzi Xəstəxanasında həyat yoldaşı, həkim-stomatoloq Elşad Şabanovun yanında tibb bacısı işləyirmiş. Onların iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.