Qərb Ermənistanı Rusiyaya qarşı yönəlmiş müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edirlər.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, iyulun 15-dən 24-dək Ermənistanda keçiriləcək “Eagle Partner 2024” ABŞ-Ermənistan sülhməramlı təlimləri barədə danışarkən deyib.
XİN rəsmisinin sözlərinə görə, bu təlimlər təəssüfdən başqa heç nəyə səbəb olmur.
“Təlimlər İrəvanın KTMT-də iştirakını dondurması və ictimaiyyətin təşkilata qarşı hücumları fonunda baş tutacaq. Qərblilər hansısa sülhməramlı məqsədləri bəyan etsələr də, əsas vəzifə geosiyasi layihələr üçün tramplin yaratmaqdır”, – Zaxarova qeyd edib.
Azpost.info