Qəzzada ölənlərin sayı 27 365-ə çatıb

Qəzzada atəşkəs
Qəzzada atəşkəs

Qəzzada son sutka ərzində 127 fələstinli həlak olub, 178-i yaralanıb.

Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağında ümumilikdə 27 365 fələstinli həlak olub, 66 630-u yaralanıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.