Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən dövlət başçısı seçildikdən sonra ilk xarici səfərini iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinə edib.
Azpost.info info xəbər verir ki, dövlət başçısını hava limanında Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz, İstanbul valisi Davud Gül və başqaları yola salıblar.
Səfər zamanı Türkiyə prezidentini xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu, Prezident Administrasiyası Kommunikasiya şöbəsinin rəisi Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Gergün və hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik müşayiət edir.
Türkiyə prezidentinin Şimali Kipr səfərində ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi, Kiprdəki vəziyyət, regional və beynəlxalq proseslər müzakirə olunacaq.
Azpost.info