Rəisinin helikopterindəki bütün sərnişinlər həlak olub –İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri

İran prezidenti İbrahim Rəisinin helikopterindəki bütün sərnişinlər həlak olub.

Azpost.info bildirir ki, bu barədə  İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd bəyan edib.

“Helikopterin qalıqları tapıldı, biz helikopterə doğru irəliləyirik. Hava şəraiti yaxşı deyil”,-deyə, o bildirib.

İRNA-nın məlumatına görə, Pirhüseyn Kulivənd bildirib ki, Qızıl Ayparanın axtarış-xilasetmə qrupları prezidenti daşıyan helikopterin olduğu yerə çatıblar. Taval kəndindəki vertolyot axtarış zonasında müasir və xüsusi avadanlıqla təchiz edilmiş 73 xilasetmə qrupu var.

Əvvəlki məqalə

İran Prezidentinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb

Sonrakı məqalə

İRAN XİN helikopter qəzası ilə bağlı Bəyanat yaydı