Rəşad Dağlı məhkəməyə gətirilib

Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılır.

APA-nın əldə etdiyi xəbərə görə, Rəşad Dağlı hazırda Qaradağ Rayon Məhkəməsinə gətirilib.

Təqdimata hakim Gülnar Aslanova baxır.

Qeyd edək ki, Rəşad Dağlı tanışı -1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirməkdə ittiham olunur.

Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib.

Əvvəlki məqalə

Çin müdafiə xərclərini artırır

Sonrakı məqalə

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentarilərinin görüşü olacaq