“Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsinə böyük ehtiyac var”.
Azpost.info bildirir ki, bu sözləri AXC-nin qurucusunun nəvəsi Rəis Rəsulzadə AZTV-nin “Telesəhər” proqramında çıxışı zamanı deyib.
O, müasir Azərbaycan dövlətinin Cümhuriyyətin konstitusion varisi olduğunu xatırladıb: “Çox sevimli haldır ki, Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın müstəqilliyinin vacibliyi məsələsini həmişə vurğulayır. Bildirir ki, nəyin bahasına olursa-olsun, Azərbaycan müstəqilliyini qorumalıdır. Dövlət müstəqil olmasa, böyük nailiyyətlər əldə etmək olmaz”.
Azpost.info həmin proqramın videosunu təqdim edir: