Rusiya prezidenti Vladimir Putin Rəşid Nurqaliyevi Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini təyin edib.
Azpost.info bildirir ki, bu barədə fərman rəsmi internet portalında dərc olunub.
“Rəşid Qomər oğlu Nurqaliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin birinci müavini təyin edilsin”, – sənədin mətnində deyilir.
Həmçinin Aleksandr Venediktov, Aleksandr Qrebenkin, Yuri Kokov, Oleq Xramov və Aleksey Şevtsov katibin müavinləri, Dmitri Qribkov isə katibin köməkçisi təyin edilib.
Rəşid Nurqaliyev 2004-2012-ci illərdə Rusiyanın daxili işlər naziri olub. Milliyyətcə tatardır.
Bundan əvvəl, iyulun 19-da Putin Təhlükəsizlik Şurası ilə böyük tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsini müzakirə edib. İclasda həmçinin Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matvienko, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov və başqaları iştirak ediblər.
İyulun 12-də baş tutan Təhlükəsizlik Şurasının üzvləri ilə əvvəlki görüşdə Putin hərbi sənaye kompleksində müəssisələrin normal fəaliyyətini təmin etmək üçün əlavə tədbirləri müzakirə edib.