Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Avropa Hərəkatının sədri, ictimai fəal Ramin Hacılının şikayəti üzrə məhkəmə prosesi keçirilib. Ramin Hacılı məhkəmədə günahsız olduğunu bildirib.
Bu barədə Azpost.info-ya ictimai fəalın vəkili Rəşad Əliyev məlumat verib.
Onun sözlərinə görə, müvəkkili birinci məhkəmə intstansiyasında işə baxılarkən qanun pozuntularına yol verildiyini, barəsində çıxarılan hökmün ədalətsiz olduğunu bildirib. Rəşad Əliyev qeyd edib ki, proses aprelin 19-na təxirə salınıb.
Ramin Hacılı Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun hökmü ilə 7 il 7 ay 14 gün azadlıqdan məhrum edilib.
Abbas