“Ramiz Mehdiyev və Hacıbala Abutalıbov məhkəməyə çağrılsın” –Həbsdə olan keçmiş Aparat rəhbəri vəsatət verdi

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edərək Rasim Quliyevin səhhətində problem olduğunu, bu səbəbdən Penitensiar Xidmətinin müalicə müəssisində saxlandığını bildirib.

O, Rasim Quliyevin barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılmasını istəyib. Bundan başqa, vəkillər cinayət işi üzrə istintaqda dindirilməyən Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun və Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməyə şahid qismində dəvət olunması ilə bağlı vəsatət veriblər.

Vəkillər bildirib ki, iş üzrə onlarla bağlı epizodlar var. Bu səbəbdən onların dindirilməsi zəruridir. Rasim Quliyev vəkillərin verdiyi vəsatətlərlə razı olduğunu deyib, təmin edilməsini istəyib.

Prokuror Ramiz Mehdiyevin dindirilməsinə zərurət olmadığını, vəsatətin bu hissəsinin təmin edilməməsini, vəsatətin Hacıbala Abutalıbovla bağlı hissəsini isə məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Vəsatətlər təmin edilməyib.

Məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 9-da davam etdirilək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“1992-ci ildən Zəngəzur dəhlizində Rusiya hərbçiləri dayanır” –

Sonrakı məqalə

Ölkədə ötən gün COVİD-ə yoluxanların və ölənlərin sayı açıqlandı –