AMEA prezidenti, akademik Ramiz Mehdiyev Türkiyəyə dəvət edilib.
Azpost.info bildirir ki, bununla bağlı Azərbaycanda səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) başqanı, Prof. Dr. Hasan Mandal AMEA prezidenti, akademik Ramiz Mehdiyevlə görüş zamanı bildirib.
“Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının tanıtım mərasimi üçün Bakıya gəldiyini deyən TÜBİTAK başqanı, Prof. Dr. Hasan Mandal qəbul üçün AMEA prezidentinə təşəkkür edib.
Hasan Mandal “Teknofest Azərbaycan”a ölkəmizin bir sıra nazirlik və ali təhsil müəssisələrinin qatıldığına diqqəti yönəldib və elm yönümlü bir festival olan “Teknofest”də Azərbaycan Milli Elmlər Akademiyasının də iştirakını arzuladıqlarını söyləyib.
AMEA prezidenti, akademik Ramiz Mehdiyev alimlərimizin bu festivalda iştirakından məmnunluq duyacağını vurğulayıb.
Görüşdə H.Mandal tezliklə AMEA prezidenti Ramiz Mehdiyevi TÜBİTAK-ı ziyarət üçün Türkiyəyə dəvət edəcəklərini deyib.
AMEA prezidenti məmnuniyyətlə bu dəvəti dəyərləndirəcəyini qeyd edib.
Sonda qonağa Azərbaycan Milli Elmlər Akademiyası adından xatirə hədiyyəsi təqdim olunub.
