Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirildi –

YENİLƏNİB
22 Avqust 2020 - 11:44

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy məclisi təşkil etməsi ölkə gündəmində ciddi rezonansa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, toyun  görüntüləri mediada yayımlandıqdan sonra sosial şəbəkədə və ictimaiyyətdə haqlı olaraq karantin rejimini pozanların cəzalandırılması məsələsi müzakirə olunub.

Hazırda toy sahibləri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev məhkəməyə gətirilib. Onların barəsində qanuna müvafiq olaraq ölçü götürüləcək.

Sayt əlavə məlumat veriləcəyini bildirib.

**

Proses bir neçə dəqiqə sonra Abşeron Rayon Məhkəməsində başlayacaq.

***

Onlar Cinayət Məcəlləsinin 211-ci maddəsi ilə ittiham olunurlar.