Rauf Arifoğludan MSK-ya şok müraciət:"35 saylı Xətai dairəsində nəticələr ləğv olunsun!”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qalib olduğu 35 saylı Xətai seçki dairəsində nəticələrin ləğv olunması üçün MSK-ya müraciət edib.

Azpost.info bildirir ki, bu barədə R.Arifoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

“MSK 35-ci dairədə nəticələri ləğv etsin, bir daha yarışaq. Sosial şəbəkədə fırtına yaradırlar! Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar! İnsanları manipulyasiya edirlər! Təmiz, halal bir qələbə qazanmışam! 5000 fərqlə özündən razı rəqibimi qutuda qoymuşam! Qane olmurmu? Qəbul etmirmi? Hadi, mən də razıyam! Bir daha yarışaq! Heç nə dəyişməyəcək! Yenə udacam!”.

Xatırladaq ki, bu dairədə onun rəqibi Ümid partiyasının sədri İqbal Ağazadə olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir