“Rayonlara gediş-gəlişin açılması müzakirə olunur” –

TƏBİB
31 İyul 2020 - 16:05

“Çimərliklərin açılması və rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlər bu gün müzakirə mərhələsindədir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir: “Qərar qəbul olunan kimi, Operativ Qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək”.

“Biz də ümid edirdik ki, orduya dəstək aksiyasından sonra koronavirusa yoluxmada artım baş verməyəcək”-deyə Yaqut Qarayeva deyib.

O bildirib ki, virusun özünü necə aparacağı haqda proqnozların verilməsi çətin məsələdir: “Onu deyə bilərəm ki, hazırda yoluxma vəziyyəti stabildir, bundan sonra necə olacaq, onun nəticəsində hansı qərarlar veriləcək, bunu Operativ Qərargah deyəcək”.