“Razılıq olmasa heç kim belə hadisə törətməyə cürət etməz” –İranlı hüquqşünas Nağı Mahmudi

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı gündəmin əsas müzakirə mövzusudur. Hadisə bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində baş verib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, səfirliyə hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Hadisə nətiəsində səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Rəsmi Bakı olayı terror aktı kimi qiymətləndirib. İran isə hadisənin şəxsi zəmində baş verdiyi görüntüsünü yaratmağa çalışır. Tehran polisinin rəisi Hüseyn Rəhiminin açıqlaması belə deməyə əsas verir.

Almaniyada mühacirt həyatı yaşayan iranlı hüquqşünas Nağı Mahmudi olayı Azpost.info-ya şərh edərkən bildirib ki, bu tip aktlar adətən teokratik rejimin razılığı olmadan həyata keçirilmir. “İranda səfirliklərə hücum ənənəsini hazırki rejim yaradıb. İlk dəfə ABŞ səfirliyinə hücum edilib. Bu, İranda İslam hakimiyyətinin qurulmasından bir neçə ay sonra baş verib.
Bundan başqa, Fransa, İngiltərə səfirliklərinə də hücum edilib. Bu gün də Azərbaycan səfirliyinə qarşı terror aktı törədilib. Mən uzun illər İranda yaşamış və bu ölkəyə yaxından bələd olduğum üçün deyə bilər ki, rejimin razılığı olmadan heç kim cürət edib belə hadisə törətməz”, – Nağı Mahmudi bildirib.

Onun sözlərinə görə, terroçunun səfirliyə hücumu zamanı İran polisinin baş verənləri sadəcə seyr etməsi təsadüfi deyil: “Sanki terrorçu ilə polis arasında bir anlaşma var. Əlində avtomat olan terroçu ona əl ilə işarə edir. Normalda polis dərhal müvafiq tədbirlər görməli idi. İranda polisin qarşısında özbaşına belə iş görə bilməzsən. Polisin seyriçi rolunda çıxış etməsi də hadisədə rejimin rolunun olduğunu deməyə əsas verir”.

Hüseyn

Əvvəlki məqalə

Hikmət Hacıyev Britaniya səfiri ilə görüşüb

Sonrakı məqalə

QMİ İrandakı Azərbaycan səfirliyinə silahlı hücumla bağlı bəyanat yaydı