“Real Madrid” dünya çempionatından imtina edib

İspaniyanın “Real Madrid” komandası klublararası dünya çempionatında iştirak etməyəcək.

Bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti İtaliya mətbuatına müsahibəsində deyib. O bildirib ki, “kral klubu” ilə yanaşı, digər komandalar da bu yarışdan imtina edəcək: “Real Madrid”in bu turnirdəki bir matçı 20 milyon avro dəyərindədir. FIFA isə kuboku qazanacaq komandaya cəmi 20 milyon mükafat verir. Bu da xoş deyil”.

Qeyd edək ki, bu il klublararası dünya çempionatı dekabr ayında keçiriləcək. Turnirin son qalibi finalda Braziliya təmsilçisi “Fluminense”yə 4:0 hesabı ilə qalib gələn İngiltərənin “Mançester Siti” komandası olub.

Əvvəlki məqalə

Nazirlik 17 qum, çınqıl, gil yatağını hərracda satdı

Sonrakı məqalə

“Makron və Şolts seçkidə rüsvayçı şəkildə məğlub oldular”