“Real Madrid” finala çıxdı –Çempionlar Liqası

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsində sonuncu cavab qarşılaşması baş tutub.

İspaniyanın “Real Madrid” komandası Almaniya nəhəngi “Bavariya”nı qəbul edib.

Gərgin keçən qarşılaşmada kral klubu rəqibini 2:1 hesabı ilə məğlub edərək final yüksəlib.

Qeyd edək ki, komandaların birincio qarşılaşması 2:2 hesabı ilə yekunlaşmışdı.

“Real Madrid” finalda Almaniyanın digər təmsilçisi “Borussiya Dortmund” ilə qarşılaşacaq.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.