Regiondakı böhran Türkiyəyə də təsir göstərir –ƏRDOĞAN

“Regiondakı iqtisadi böhran Türkiyəyə də təsir göstərir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlaması zamanı deyib.

O bildirib ki, dünyada böhran fırtınası yaşanmasına baxmayaraq, Türkiyə öz resurslarını qoruyub saxlaya bilib.

“Hökumət olaraq ətrafımızda baş verən qarşıdurmalara baxmayaraq, Türkiyəni inkişaf və rifah istiqamətində saxlamaq üçün böyük səy göstəririk. İran-ABŞ gərginliyinin qlobal iqtisadiyyatda yaratdığı şok dalğası bir müddət sonra zəiflədikcə, bunun gündəlik həyata təsirini daha aydın görəcəyik”, – Ərdoğan qeyd edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.