Restoranda musiqi sifarişi qanlı bıçqalanma ilə başa çatdı –Bir nəfər öldü, digəri ağır yaralandı

Bakının Nəsimi rayonunda bir nəfər bıçaqlanaraq öldürülüb, digəri isə ağır xəsarət alıb.

Hadisə metronun 20 Yanvar stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Vəliyev Cəsarət Baxış oğlu və 1994-cü il təvəllüdlü Həsənov Camal Hafiz oğlu dava zamanı bıçaqlanıb. Cəsarət Vəliyev aldığı bıçaq xəsarətlərindən ölüb. Camal Həsənov isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, hazırda cərrahi əməliyyat edilir.

 

Baş Prokurorluqdan bildirilib ki, martın 16-sı saat 03 radələrində 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə “20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə xüliqanlıq) maddələri cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Əvvəlki məqalə

Rüfət Səfərova küçədə zorakılıq edən şəxs saxlanılıb

Sonrakı məqalə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunsuz server yaradıb –