Restoranın qarşısında ərini ürəyindən bıçaqladı –SƏBƏB

Abşeron rayonu, Xırdalan şəhərində qadın ərini bıçaqlayıb.

Gecə saat 00:40 radələrində “Bakı Gecələri” restoranının qarşısında Ş.Baxşıyeva həyat yoldaşı K.Babayevə bıçaqla ağır xəsarət yetirib. Ürək nahiyəsindən xəsarət alan kişi xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar sonra hadisənin ər və arvadı arasındakı pul mübahisəsinə görə baş verməsi müəyyən edilib.

Ş.Baxşıyeva saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. (Qafqazinfo)

Əvvəlki məqalə

“Oğlumdan soruşmaq istəyirəm ki, ananı niyə öldürdün?” –

Sonrakı məqalə

Jurnalist qətl yerindən reportaj hazırlayarkən güllələndi