Rezidenturada boş qalan yerlərə ixtisas seçimi bu gün yekunlaşır

Rezidenturanın boş qalan plan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzi xəbər verir ki, sentyabrın 19-u saat 09:50-dək olan məlumata görə, 67 (Azərbaycan bölməsi -66, rus bölməsi – 1) nəfər ərizəsini təsdiqlədib.

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2022, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Əvvəlki məqalə

Göyçayda 14 yaşlı qız həşərat dərmanı içərək ölüb

Sonrakı məqalə

Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatıb