ABŞ-ın sanksiyalarından əvvəl "Apple"ı keçərək dünyanın ikinci ən böyük ağıllı telefon istehsalçısı olan "Huawei"in CEO-su Riçard Yu iddialı açıqlamalar verib. "Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. "ABŞ-ın qadağaları ilə üzləşməsəydik dünyanın 1 nömrəli ağıllı telefon istehsalçısı olacaqdıq", - deyə, o, bildirib. "İDC" araşdırma şirkətinin məlumatına görə, bu ilin üçüncü rübündə qlobal ağıllı telefon bazarında "Samsung" payını 21,8%-ə çatdıraraq 1-ci olub. Onu 18,6% bazar payı ilə "Huawei" və 13%-lə "Apple" şirkətləri izləyib.