Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak hakim Mühafizəkarlar Partiyasının lideri seçilib.
Azpost.info xəbər verir ki, Britaniya parlamentinin İcmalar Palatasının lideri Penni Mordaunt Mühafizəkarlar partiyasının lideri və Böyük Britaniyanın Baş naziri postları uğrunda mübarizənin başa çatdığını elan etdikdən sonra Sunak bu posta yeganə namizəd olub.
Mühafizəkarların hakimiyyətdə olması ilə o, sabahdan Britaniya tarixində ilk etnik hindistanlı Baş nazir kimi vəzifəsini icra edə biləcək.
“Boris Consonun hökumətində maliyyə naziri olmuş Rişi Sunak Mühafizəkarlar Partiyasının partiyadaxili seçkilərinin qalibi olub və indi ölkənin Baş naziri postunu tutacaq”, – “The Guardian” yazıb.
Azpost.info