Böyük Britaniyanın baş naziri Rişi Sunak HƏMAS hərəkatını ABŞ prezidenti Co Baydenin təklif etdiyi sülh planını qəbul etməyə çağırıb.
Azpost.info xəbər verir ki, Sunak HƏMAS-ı yaranmış fürsəti dəyərləndirməyə çağırıb.
“Ümid edirəm ki, HƏMAS bu fürsətdən istifadə edib müzakirə olunan planla razılaşacaq. Bu, girovların ailələrinə qayıtmasını təmin edəcək. Bu yolla biz Qəzza zolağını əvvəlkindən daha çox yardımla təmin edə bilərik. Sonra bu fasilədən davamlı, uzunmüddətli sülh üçün mübarizədə istifadə edərik”, – Sunak deyib.
Azpost.info