Robert Koçaryanın işi üzrə istintaq bərpa olunacaq

Robert Koçaryanın işi üzrə istintaq bərpa olunacaq.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, kassasiya məhkəməsi Ermənistanın ikinci prezidenti, eləcə də KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturov və digərlərinin barəsində icraata xitam verilməsi barədə qərarı ləğv edib.

İndi işə Antikorrupsiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 2021-ci ildə Koçaryana qarşı cinayət təqibi dayandırılıb. Konstitusiya Məhkəməsi ona 2008-ci il hadisələri zamanı konstitusiya quruluşunu devirməkdə ittiham olunduğu maddəni Konstitusiyaya zidd hesab edib.

Əvvəlki məqalə

“Putinin heç bir sözü Ukrayna ilə bağlı mövqeyimizi dəyişə bilməz”

Sonrakı məqalə

Nöqsanlara görə 64 məktəb direktorunun müqaviləsi uzadılmayıb