Roma Papası Fransisk Olimpiya Oyunları zamanı bütün münaqişələrdə atəşkəsə çağırıb.
Azpost.info xəbər verir ki, pontifik keşməkeşli bir dövrdə insanların atəşkəsə hörmət etmək iradəsini göstərməsini arzulayıb.
“Olimpiya Oyunları öz təbiətinə görə müharibə deyil, sülh gətirir. Oyunlar zamanı atəşkəs ruhu qədim zamanlardan bərqərar olub və müasir dövrdə bu ənənənin təzələnməsinə ehtiyac var”, – Fransisk bildirib.
Azpost.info