Roma Papası Ukrayna ilə bağlı çağırış edib

Roma Papası Fransisk Ukraynadakı müharibəni tanrıya və bəşəriyyətə qarşı cinayətə bənzədib.

CNN xəbər verir ki, Vatikandakı diplomatik korpus qarşısında çıxış edən Papanın sözlərinə görə, Ukraynadakı kimi dağıdıcı və ölümcül, mülki infrastruktura hücumların olduğu münaqişələr tanrıya və insanlığa qarşı cinayətlərə bənzərdir.

“Bu gün mən bu mənasız münaqişənin dərhal başa çatdırılmasına dair çağırışımı yeniləməyi özümə borc bilirəm, enerji və qida istehsalı sahələrindəki nəticələrinə görə, onun təsirləri bütün regionda, həmçinin Avropadan kənarda, Afrikada və Yaxın Şərqdə hiss edilir”, – Roma Papası qeyd edib.

Əvvəlki məqalə

Lənkəranda qarlı havada maşın körpüdən çaya aşıb, ölənlər var –

Sonrakı məqalə

Vasif Talıbov YAP Naxçıvan təşkilatının sədrliyindən çıxarılıb