Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələr üçün təbii qazın ödənişinin yeni qaydasını müəyyən edən fərman imzalayıb.
Azpost.info xəbər verir ki, Putin fərmanın imzalandığını aviasiya sənayesi ilə bağlı iclasda açıqlayıb. Onun sözlərinə görə, dost olmayan ölkələr Rusiya banklarında rubl hesabları açmalı olacaqlar. Əgər belə ödənişlər edilməsə, Rusiya tərəfi bunu öhdəliklərin yerinə yetirilməməsi hesab edəcək və hazırkı qaz müqavilələri dayandırılacaq. Yeni qarar aprelin 1-dən qüvvəyə minəcək.
Azpost.info