Rüfət Aslanlı Samir Şərifovun verdiyi puldan 43 milyon manatı xərcləməyib

Problemli kreditlər üçün nəzərdə tutulan vəsaitdən 43 milyon manat xərclənməmiş, qənaət edilmiş vəsait qalır.

Bunu parlamentin komitə iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O, qeyd edib ki, problemli kreditlər üçün nəzərdə tutulan 682 milyon manatın 639 milyonu istifadə olunub.

“Ancaq 43 milyon manat qənaət kimi qalıb. Bunun da səbəbi bizlik deyil. O zaman Maliyyə Bazarlarına Nəzarət Palatası bizə bu vəsaiti təqdim etmişdi, biz də bu qədər pul ayırmışqıq. İndi deyə bilmərəm ki, həmin 43 milyon manat niyə qalıb… Bizim yoxlama aparmaq imkanımız da yoxdur”-deyə, o, əlavə edib. (Etikxeber.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MASKA TAXMAMAĞA GÖRƏ CƏRİMƏLƏR QÜVVƏYƏ MİNDİ –

Sonrakı məqalə

Polis maska taxmayanları cərimələyəcək –