Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirilir

Bəstəkar Ruhəngiz Qasımovanın cənazəsi dəfn olunmaq üçün Honkonqdan Bakıya gətirilir. 
Azpost.info bildirir ki, bu barədə Diaspora Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı bildirib.
Onun sözlərinə görə, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın vəfatı ilə əlaqədar onun Honkonqda Honkonqda yaşayan qızı Canana xanımla əlaqə saxlanılıb. “Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün lazım olan köməyi göstərməyə hazır olduğumuzu bildirdik. Mərhumun qızı bildirdi ki, bütün prosedurlar mərhələli şəkildə həyata keçirilir və bir iki günə yola çıxmağı düşünürük”.
Canana xanım Diaspor Komitəsinə minnətdarlıq edərək heç bir köməyə ehtiyac olmadığını bildirib.
Əvvəlki məqalə

Beynəlxalq Qızıl Xaç Komitəsi Ukraynada fəaliyyətini dayandırdı

Sonrakı məqalə

NATO ölkələrinin müdafiə nazirləri Ukrayna ilə bağlı təcili iclas keçirəcək