Rus hakerlər İsveçrədəki hökumət saytlarını çökdürüblər- Zelenskiyə görə

Rusiyaya bağlı haker qrupu İsveçrədəki hökumət saytlarına hücum edib.

Azpost.info xəbər verir ki, bu barədə İsveçrə rəsmiləri bildirib.

“NoName” qrupu kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb. Onun bu addımına səbəb Ukrayna prezidenti Vladimir Zelenskinin Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakı olub”, – Berndəki Federal Kibertəhlükəsizlik Ofisindən bildirilib.

Hakerlər DDoS hücumları vasitəsilə səhifələrə girişi bloklayıb, çoxlu sayda sorğu ilə saytları həddən artıq yükləyiblər.

İsveçrə mütəxəssisləri girişi mümkün qədər tez bərpa etməyə çalışırlar.

Rəsmilər bildirir ki, İsveçrə Zelenskinin səfərindən əvvəl belə bir hücumun olacağını gözləyirdi və lazımi təhlükəsizlik tədbirləri görürdü.

Azpost.info

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.