Rusiya ABŞ-ı uran tədarükünü dayandırmaqla hədələyib- “Bloomberg”

ABŞ hakimiyyəti 2028-ci ildən Rusiya tədarükünü tamamilə qadağan edən qanun qəbul edərsə, Moskva Birləşmiş Ştatlara nüvə yanacağı ixracını qabaqlayıcı şəkildə dayandıra bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg”ə məlumatlı mənbələrdən bildirilib.

Məlumata görə, müvafiq xəbərdarlıq amerikalı müştərilərə Rusiyanın nüvə yanacaq dövrü məhsulları tədarükçüsü olan “Techsnabexport” (“Rosatom”un törəməsi olan “Tenex”) tərəfindən göndərilib. Xüsusilə, “Tenex” ABŞ atom elektrik stansiyalarının bir sıra sahiblərini belə nəticəyə hazırlaşmağa çağırıb.

UxC MMC-nin prezidenti Conatan Hinze bildirib ki, Rusiyanın belə bir addımı nüvə yanacağı bazarında xaosa və qiymətlərin kəskin artmasına səbəb ola bilər, çünki ABŞ-da mövcud ehtiyatlar çox məhduddur.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, 2022-ci ildə Rusiya ölkəyə zənginləşdirilmiş uranın demək olar ki, dörddə birini tədarük edib və ABŞ nüvə stansiyaları üçün bir nömrəli təchizatçı olub.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.