“Moskva buna səy göstərməsə də, Rusiya-ABŞ münasibətləri hər an kəsilə bilər”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Rusofobiyanı mənimsəmiş Vaşinqtonun günahı ucbatından bu münasibətlər hədsiz dərəcədə zəifləyib və hər an qopmaq riski var. Bu, Rusiyanın seçimi deyil. ABŞ-ın gərginlik çarxını fırladan məsuliyyətsiz addımları, o cümlədən doktrinal olaraq bəyan edilmiş Moskvaya strateji məğlubiyyət yaşatmaq niyyəti fəlakətli nəticələrə gətirib çıxara bilər”, – XİN qeyd edib.
Nazirlik hesab edir ki, Rusiya-ABŞ münasibətlərindəki böhranın əsas səbəbi Vaşinqtonun Moskva və Pekini qlobal şəkildə cilovlamaq istəyi və dünyada çoxluğun Qərbin tətbiq etdiyi dünya nizamı ilə razılaşmamasıdır: “ABŞ-ın hazırkı hakimiyyəti 1991-ci ildən sonra Rusiyada baş verən prosesləri adekvat qiymətləndirə bilmir və rejimin dəyişdirilməsinə mənasız və absurd diqqət nümayiş etdirir”.
Azpost.info