“Rusiya ABŞ seçkilərinə müdaxilə etməyi planlaşdırır” –MKİ /Bloomberg

Rusiya başda olmaqla, ABŞ rəqibləri muzdlu kommersiya firmaları və generativ süni intellekt texnologiyalarından istifadə etməklə noyabrda keçiriləcək prezident seçkilərinə təsir göstərməyə çalışırlar.

Azpost.info bildirir ki, bu barədə Bloomberg ABŞ rəsmilərinə istinadən yazır.

ABŞ Milli Kəşfiyyat İdarəsinin nümayəndələrinin agentliyə verdiyi məlumata görə, qarşıdan gələn seçkilər üçün ən ciddi təhlükə Rusiyadır.

Onların fikrincə, Moskva çox güman ki, səsverməni daha qlobal məqsədlərə nail olmaq – Ukraynaya dəstəyi zəiflətmək, demokratik institutlara və bütövlükdə ABŞ-a inamı sarsıtmaq üçün fürsət kimi qiymətləndirir.

Kəşfiyyat rəsmiləri hesab edirlər ki, bunun üçün Moskva xüsusilə Amerika cəmiyyətindəki ziddiyyətlərdən istifadə edə bilər.

Bloomberg -in həmsöhbətlərinin fikrincə, İran da bu prosesdə iştirak etmək niyyətindədir, Çin isə hələlik daha ehtiyatlı mövqe tutur və seçkilərə müdaxilənin mümkün nəticələrindən xəbərdardır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.