“Rusiya açıq şəkildə NATO ilə müharibə aparır”- RUTTE

Rusiya NATO qüvvələrinə qarşı müharibə aparır.

Azpost.info xəbər verir ki, NATO Baş katibi Mark Rutte Brüsseldə təhlükəsizlik ekspertləri qarşısında çıxışı zamanı bildirib.

“Artıq gizli deyil, biz açıq qarşıdurmadan danışırıq. Rusiya uzun müddətdir NATO ölkələrinə qarşı gizli deyil, açıq müharibə aparır”, – Rutte deyib.

Baş katib bəyan edib ki, Rusiyanın NATO obyektlərində kiberhücumlar, hakerlər və təxribatlara görə məsuliyyət daşıdığı iddia edilir. Bundan başqa, o, Moskvanı Avropa İttifaqının sərhədlərində vəziyyətin sabitliyini pozmaqda və seçkilərə müdaxilə etməkdə ittiham edib.

Azpost.info

 

Əvvəlki məqalə

Ölkə ərazisində hava şəraiti bu tarixdə nisbətən sabitləşəcək

Sonrakı məqalə

Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyədədir