Rusiya altı ayda neft və qazdan 65 milyard dollar qazanıb

Rusiya neft və qaz satışından əldə edilən gəlirləri artırıb.

Azpost.info bildirir ki, bu barədə “Reuters” xəbər verir.

Məlumata görə, ilin birinci yarısında Rusiya neft və qazın satışından əldə olunan gəlirlər illik müqayisədə 41% (65,12 milyard dollara qədər) artıb. Bu, neftin qiymətinin artması və rublun zəifləməsi səbəbindən baş verib.

Neft və qaz satışından əldə olunan gəlirlər Kremlin ən mühüm xarici valyuta mənbəyidir. Enerji resurslarının satışı son on ildə Rusiyanın ümumi büdcə gəlirlərinin üçdə birindən yarısına qədərini təmin edib.

İlin birinci yarısında Rusiyanın flaqmanı olan “Ural” markalı xam neftin qiyməti orta hesabla 69,1 dollar/barel təşkil edərək Qərbin müəyyən etdiyi 60 dollar qiymət həddini keçib.

Əvvəlki məqalə

Britaniyada “exit-poll”un nəticələri açıqlanıb –

Sonrakı məqalə

“Ronaldo əfsanədir, amma Portuqaliyanı məğlub etmək istəyirik” –