Rusiya Azərbaycanla hava əlaqəsini bərpa edir

Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycan və Ermənistanla hava əlaqəsinin bərpasına dair sənəd imzalayıb.

APA-Economics”in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasında deyilir.

“15 fevral 2021-ci il tarixindən etibarən qarşılıqlı olaraq Azərbaycan (Moskva – Bakı, həftədə iki uçuş) və Ermənistanla (Moskva – İrəvan, həftədə dörd uçuş) beynəlxalq uçuşların bərpa edilməsinə dair qərar verilib”, – açıqlamada deyilir.

Bundan başqa, fevralın 8-dən etibarən Moskva-Bişkek marşrutu üzrə müntəzəm uçuşların sayı qarşılıqlı olaraq həftədə bir dəfədən üç dəfəyə artırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Avropa İttifaqının Cənubi Qafqaz üzrə Komitəsi Qarabağla bağlı məlumatlı deyil” –

Sonrakı məqalə

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana 10 minaaxtaran it hədiyyə edib