“Rusiya bütün hərəkətlərinə görə mütləq cavab verəcək”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski öz Telegram kanalında bildirib.
“Hər şeyin bir cavabı olacaq. Mütləq!”, – Zelenski deyib.
O, həmçinin qeyd edib ki, ABŞ Ukraynanı lazımi silahlarla təmin etməklə bu işdə Kiyevə kömək edəcək.
Ukrayna lideri əlavə edib ki, ABŞ prezidenti Co Baydenlə Kiyev üçün hava hücumundan müdafiə sistemlərinin sayını artırmaqla bağlı razılığa gəlib.
Zelenski Baydenlə danışıqlar aparmaq üçün dekabrın 12-də ABŞ-a gedib.
Azpost.info