Çeçenistan qismən səfərbərlik planını 1500 faiz yerinə yetirib.
Azpost.info xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov bildirib.
“Çeçenistan sakinləri Ali Baş Komandanın tapşırığını yerinə yetirən əsl vətənpərvərlərdir. Rusiya cəmiyyəti başa düşdü ki, biz Rusiya vətəndaşıyıq, vətənpərvərik. Səfərbərlik planını 1500 faiz yerinə yetirmişik. Əgər başqa bölgələr hələ də könüllüləri cəlb etməlidirlərsə, biz bunu etmişik. Bu batalyonlar, alaylar mənim tabeliyimdə deyil, onlar Müdafiə Nazirliyinə, Rusiya Qvardiyasına tabedirlər”, – Kadırov bildirib.
Azpost.info