Rusiya Federasiya Şurası “Facebook”a qadağa qoymağa çağırdı

Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev Rusiyada “Facebook” və “Instaqram”a qadağa qoymağa çağırıb.

Azpost.info xəbər verir ki, Kosaçev “Meta” şirkətinin son qərarını cinayət adlandırıb: “Maskalar atılıb. Bu platformalar heç vaxt neytral olmayıb. Amma indiki məhdudiyyətlərin götürülməsi əxlaqsızlıq və cinayətdir”.

Qeyd rdək ki, “Facebook” və “Instagram” Rusiya ordusuna qarşı zorakılıq çağırışlarına qoyulan qadağanı ləğv edib. Yenilənmiş qaydalar Azərbaycan, Gürcüstan, Ermənistan, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Ukraynadakı istifadəçilərə şamil edilir.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyə ilə ərəb ölkələri arasında savaş olacaq” –

Sonrakı məqalə

Qanunsuz tikililərlə bağlı icra başçılarına ciddi xəbərdarlıq edilib