“Rusiya hərbi yardım üçün müracət etsə, müvafiq qərar veriləcək” –KTMT-dən AÇIQLAMA

“Rusiyanın hərbi yardım üçün müraciət edəcəyi təqdirdə bütün lazımi prosedurlar vaxtında həyata keçiriləcək”.

Azpost.info bildirir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat xidmətinin açıqlamasında bəyan edilib.

Hərbi blokun məlumatında qeyd olunur ki, KTMT-nin analitik xidməti gecə-gündüz işləyir və Kursk vilayətində vəziyyətin inkişafını diqqətlə izləyir.

“Hərbi münaqişənin KTMT-nin məsuliyyət zonasına keçməsi eskalasiyanın yeni mərhələsidir. Analitik xidmətimiz gecə-gündüz fəaliyyət göstərir. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və təşkilatın nizamnaməsinə uyğun hərəkət edəcəyik. Katiblik və Rusiya Federasiyasının müvafiq dövlət qurumları müntəzəm olaraq məlumat mübadiləsi aparırlar. Lazım gələrsə, KTMT katibliyi bu halda nəzərdə tutulan bütün prosedurları müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirəcək”, – deyə KTMT-nin mətbuat xidmətindən bildirilib.

Təşkilat onu da xatırladıb ki, hərbi yardımın göstərilməsi məsələsi yalnız üzv dövlətin rəsmi müraciəti olacağı təqdirdə yarana bilər. Lakin bu günə qədər Rusiyadan Kursk vilayətindəki vəziyyətlə bağlı belə bir müraciət olmayıb.

Əvvəlki məqalə

Avqustun 19-da bu ilin ilk Super Ayı müşahidə olunacaq

Sonrakı məqalə

Kurska hucum ruslar arasında hakimiyyətə etimadı azaldıb