Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib- Müdafiə Nazirliyi

Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hər iki hərbi gəmisi oktyabrın 12-də Bakı limanını tərk edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər müddətində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib, həmçinin hərbi dənizçilərin kəndir dartma və futbol üzrə yoldaşlıq görüşü keçirilib.

Əvvəlki məqalə

MKİ 70 ildən sonra İranda çevriliş təşkil etdiyini etiraf edib –

Sonrakı məqalə

Hacıqabulda beş nəfərin öldüyü yanğınla bağlı cinayət işi başlanıb