“Rusiya hakimiyyəti ukraynalı uşaqları geri qaytarmağa başlayıb”- “Reuters”

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə dair orderləri oğurlanmış ukraynalı uşaqların vətənlərinə qaytarılması prosesini sürətləndirib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Ukraynanın insan haqları üzrə komissarı Dmitri Lubinetsə istinadən yazıb.

“BCM mart ayında Putin və Lvova-Belovanın müharibə zamanı uşaqların Rusiyaya qanunsuz deportasiyası ilə bağlı müharibə cinayətləri ittihamı ilə həbs qərarı çıxarıb. Kreml bu ittihamları rədd edir. Kiyev 19546 uşağın deportasiya edildiyini rəsmən təsdiqləyib və real rəqəmin daha çox ola biləcəyi barədə xəbərdarlıq edib. Əgər hər gün deportasiya edilmiş bir uşaq evə qayıtsa, Ukraynaya bunu etmək üçün 55 ildən çox vaxt lazım olacaq”, – Lubinets deyib.

Qeyd edək ki, dekabrın 6-da Qətərlə razılaşma çərçivəsində Rusiyadan və Moskvanın işğal etdiyi ərazilərdən səkkiz uşaq Ukraynaya gətirilib.

Azpost.info

Əvvəlki məqalə

“Avropanın Rusiya qazından imtinasına görə Moskva məsuliyyət daşıyır”

Sonrakı məqalə

Hazırda fəaliyyət göstərən din xadimləri də attestasiyadan keçiriləcək