Ölkə parlamentində çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla Skopyedə keçirilən görüşü məhsuldar adlandırıb.
Azpost.info xəbər verir ki, Mirzoyan deyib ki, rusiyalı nazir bəzi son hadisələr, geosiyasi proseslərlə bağlı Moskvanın mövqeyini açıqlayıb.
“Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gündəliyi bir çox sahələri və məsələləri əhatə edir. Bizim regionda üst-üstə düşən və ya kəsişən maraqlarımız var. Ona görə də Rusiya ilə hər zaman müzakirə edəcəyimiz bir şey var və biz təmas imkanlarından böyük məmnuniyyətlə istifadə edirik. Və bu dəfə Rusiyanın xarici işlər naziri son dövrlərdə baş verən bəzi geosiyasi proseslərlə bağlı fikirlərini bizə təqdim etdi və biz Rusiyanın müxtəlif həssas məsələlərə münasibəti ilə bağlı fikirlərimizi bölüşdük”, – Mirzoyan bildirib.
Azpost.info