Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi dayandırılıb

Moskva və Kiyev arasında əsir mübadiləsi Ukraynanın uydurma tələbləri səbəbindən dayandırılıb.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın ombudsmanı Tatyana Moskalkova bildirib.

“Təəssüf ki, bir neçə aydır mütəmadi olarq yeni tələblər irəli sürən Ukraynaya görə mübadilələr dayandırılıb”, – o deyib.

Sonuncu əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə 100-100 formuluna əsasən fevralın 8-də baş tutub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.