“Rusiya ilə Azərbaycan arasında imzalanacaq müttəfiqlik münasibətləri haqqında Bəyannamə son illərdə necə fəal işlədiyimizin, qarşılıqlı əməkdaşlıq potensialımızın yaxşı illustrasiyasıdır. Bunlar sadəcə söz, niyyət yox, konkret işlər olub”.
Azpost.info Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, bu sözləri prezident İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.
İ.Əliyevin sözlərinə görə, Azərbaycan iki ölkə arasında yaranmış dost və xoş qonşuluq münasibətlərini çox yüksək qiymətləndirir.
Prezident bildirib ki, Bəyənnamə 40 bənddən ibarət geniş sənəddir və mühüm sahələri əhatə edir.
İ.Əliyev Bəyənnamənin imzalanmasını “tarixi xarakter” daşıdığını vurğulayıb. “Bu səfərim xüsusidir. Mən prezident kimi 48 dəfə Rusiyada olmuşam. Amma belə mühüm sənədin imzalanmasına görə tarixi xarakter daşıyır”.