“Rusiya İranla hərtərəfli əməkdaşlıq sazişi bağlayacaq”- Lavrovun müavini

Rusiya yaxın vaxtlarda İranla hərtərəfli əməkdaşlıq sazişi bağlamağı planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, sənədin mətni tezliklə tamamlanacaq.

“Saziş çox yaxın vaxtlarda imzalanacaq, çünki mətn üzərində işlər artıq başa çatmaq üzrədir”, – Rudenko deyib.

XİN rəsmisi əlavə edib ki, hazırkı mərhələdə tərəflər müvafiq sənədin imzalanması ilə bağlı bir sıra prosedurların tamamlanmasına yönəlib. Moskva ilə Tehran arasında münasibətlər 2001-ci ildə bağlanmış və avtomatik olaraq hər beş ildən bir yenilənən sazişə əsaslanır. Son illər ölkələr belə qənaətə gəliblər ki, mövcud sənəd qlobal vəziyyətə və daha yüksək qarşılıqlı fəaliyyət səviyyəsinə uyğun gəlmir. Yeni saziş üzərində iş 2022-ci ilin yanvarında başlayıb.

Azpost.info

Əvvəlki məqalə

İlahiyyatçı Hacı Salman saxlanılıb

Sonrakı məqalə

Yaşa görə müavinət alanların sayı açıqlandı