Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviaşirkətlərini İsrail, İran və İraqa uçuşları dayandırmağa çağırıb.
Azpost.info-nun məlumatına görə, Agentlik növbəti xəbərdarlığa qədər bu ölkələrə uçmaqdan və ya digər marşrutlar üzrə uçuşlardan çəkinməyi tövsiyə edir.
Bundan əvvəl Soçidən Təl-Əvivə uçan Red Wings sərnişin təyyarəsi İranın İsrailə raket hücumu səbəbindən geri dönüb alternativ aerodromuna getməyə məcbur olub.