Rusiya İsrail, İran və İraqa uçuşları dayandırmağa çağırıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviaşirkətlərini İsrail, İran və İraqa uçuşları dayandırmağa çağırıb.

Azpost.info-nun məlumatına görə, Agentlik növbəti xəbərdarlığa qədər bu ölkələrə uçmaqdan və ya digər marşrutlar üzrə uçuşlardan çəkinməyi tövsiyə edir.

Bundan əvvəl Soçidən Təl-Əvivə uçan Red Wings sərnişin təyyarəsi İranın İsrailə raket hücumu səbəbindən geri dönüb alternativ aerodromuna getməyə məcbur olub.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.