Rusiya Ukraynanın Kursk bölgəsinə hücumunu dəf etmək üçün hər biri min nəfərə yaxın bir neçə briqada yerləşdirib. Lakin hələ də Ukraynada ciddi qüvvələrini cəbhədən çıxarmayıb.
Azpost.info bildirir ki, bu barədə CNN kəşfiyyat məlumatlarına və digər mənbələrdə dərc edilmiş məlumatlara istinadən məlumat verib.
“Rusiyanın Ukraynadakı cəbhədə yüz minlərlə əsgəri olduğu güman edilir. Buna görə də rəsmilər deyirlər ki, bir neçə min əsgərin köçürülməsi qısa müddətdə böyük təsir göstərməyəcək”-deyə CNN yazır.
CNN anonim mənbələrindən sitat gətirib: “Biz hələ əhəmiyyətli bir hərəkət görməmişik və bunun səbəbini deyə bilmərik: çünki onlar qoşunları yenicə köçürməyə başlayırlar”.
Digər yüksək rütbəli məmur CNN-ə bildirib ki, ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya Ukraynadan olan bölmələrlə yanaşı, Leninqrad Hərbi Dairəsindən və Kalininqraddan da Kursk vilayətinə şəxsi heyət göndərib.
CNN müəllifləri digər müşahidəçilərin ardınca qeyd edirlər ki, bir çox qərbli siyasətçi və rəsmilərin fikrincə, Ukrayna Kursk vilayətindəki ərazini çətin ki, uzun müddət saxlaya biləcək. Buna görə də bu əməliyyatın müharibənin ümumi gedişatına necə təsir edəcəyini söyləmək hələ tezdir.
CNN həmçinin iddia edir ki, bir çox amerikalı həmsöhbətinin fikrincə, ABŞ Ukraynaya Kursk bölgəsində 300 km-ə qədər mənzilli ATACMS taktiki raketlərindən istifadə etməyə icazə vermir.